“Azərsu”nun 9 milyonluq tenderini bu şirkət uddu

“Azərsu”nun 9 milyonluq tenderini bu şirkət uddu

“Azərsu” ASC tərəfindən keçirilən 8 milyon 889 min 822 manat 30 qəpik dəyərində tender müsabiqəsinin qalibi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mühəndis Tikinti Layihə” MMC olub.

Bu şirkət “Azərsu” ASC-nin sifarişilə Zabrat qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, “Mühəndis Tikinti Layihə” MMC 3 il əvvəl – 2019-cu ildə “Azərsu” ASC-nin sifarişilə Zabrat və Sabunçu qəsəbələrində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərini görüb və qarşılığında 592 min 200 manat alıb.