Bu il dünyada ən çox satılan avtomobil markaları – SİYAHI

Bu il dünyada ən çox satılan avtomobil markaları – SİYAHI

Bu ilin aprel ayına qədərki satışları nəzərə alındıqda, "Toyota" yenə də dünyada ən çox satılan brend olaraq qalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə "Focus2Move" portalı məlumat yayıb.

İllik müqayisədə satışların 3,4% azalmasına baxmayaraq, Yaponiya nəhəngi bazarda on illik liderliyini qoruyub saxlayaraq bütün qlobal satışların 10,9%-ni təmin edib.

Qlobal bazarda 5,2% paya sahib olan "Volkswagen"in satışları 10,3% azalsa da siyahıda 2-ci yerdə qərarlaşıb.

"Hyunda"in bu dövrdə satışları 0,3% azalıb. Beləliklə, brend 4,5% payla 3-cü yeri tutub.

O cümlədən, "Ford" 1 pillə geriləyərək 4,3% payla 4-cü, "Honda" 3,9% payla 5-ci, "Kia" isə 2 pillə irəliləyərək 6-cı yerdə qərarlaşıb.

May ayında "Nissan 7"ci, "Chevrolet" 8-ci yeri tutub. Eyni zamanda, "BYD" 3 pillə geriləyərək 9-cu yerə enib, "Maruti" isə 3 pillə irəliləyərək ilk 10-luğu tamamlayıb.

Bundan əlavə, "BYD" satışların 30,3% azalmasına baxmayaraq, elektrikli avtomobil bazarında 16,3% payla liderliyini qoruyub. "Tesla" 11,4% payla siyahıda 2-ci yerdə qərarlaşaraq yenidən dirçəlməyi bacarıb.

Hesabat dövründə "Geely"in satışları isə 36,2% azaldığı üçün siyahıda 3-cü yerə enib. (İqtisadiyyat.az)