Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft bahalaşıb, qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,53% artaraq 1 barelə görə 102,62 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında may ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,34% artaraq 97,52 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,02% artaraq 6,082 ABŞ dolları təşkil edib.