Dünya bazarlarında neft ucuzlaşması, təbii qazın isə bahalaşması davam edir

Dünya bazarlarında neft ucuzlaşması, təbii qazın isə bahalaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,21% azalaraq 1 barelə görə 55,94 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında  fevral ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,08% azalaraq 52, 87 dollar təşkil edib

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, fevralda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,58% artaraq 2,756 ABŞ dolları təşkil edib.