İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,15% artaraq 1 barelə görə 101,06 dollar təşkil edib.
NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında may ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,72% artaraq 97,13 dollar təşkil edib.
Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, mayda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,42% artaraq 4,63 ABŞ dolları təşkil edib.












