Dünya bazarlarında neft və qaz bahalaşıb

Dünya bazarlarında neft və qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,13% artaraq, 1 barelə görə 103,31 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,91% artaraq 99,44 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 0,63% artaraq 7,007 ABŞ dolları təşkil edib.