Dünya bazarlarında neft və qaz ucuzlaşıb

Dünya bazarlarında neft və qaz ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair iyun müqaviləsinin dəyəri 1,41% azalaraq, 1 barelə görə 103,47 dollar təşkil edib.

NOCOMMENT xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 1,27% azalaraq 100,72 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“APA-Economics” xəbər verir ki, iyunda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə, 0,66% azalaraq 7,345 ABŞ dolları təşkil edib.