Dünya bazarlarında neft və qazın qiyməti məlum olub

Dünya bazarlarında neft və qazın qiyməti məlum olub

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,39% artaraq 1 barelə 72,5 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında oktyabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,25% azalaraq 69,12 dollar olub.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,06% azalaraq 4,690 ABŞ dolları təşkil edib.