Şair Əşrəf Veysəlli vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, o, "Sumqayıt Hospital"da dünyasını dəyişib.
Ə.Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub. \\yenisabah







