Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

Dünya bazarlarında neft və təbii qaz bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 2,12% artaraq 1 barelə görə 40,55 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 2,23% artaraq 38,5 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,46% artaraq 3,068 ABŞ dolları təşkil edib.