Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması davam edir

Dünya bazarlarında neft və təbii qazın ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 2,57% azalaraq 1 barelə görə 39,88 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 2,81% azalaraq 37,70 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,58% azalaraq 2,914 ABŞ dolları təşkil edib.