Dünya bazarlarında neft yenidən bahalaşıb, təbii qaz isə ucuzlaşıb

Dünya bazarlarında neft yenidən bahalaşıb, təbii qaz isə ucuzlaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin yanvar müqaviləsinin dəyəri 0,98% artaraq 1 barelə görə 43,20 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında yanvarda ixrac etməklə WTİ markalı neftin 1 barelinin dəyəri 1,32% artaraq 40,66 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 3,84% azalaraq 2,857 ABŞ dolları təşkil edib.