Dünya bazarlarında neftin bahalaşması, qazın isə ucuzlaşması davam edir

Dünya bazarlarında neftin bahalaşması, qazın isə ucuzlaşması davam edir

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,24% artaraq 1 barelə görə 82,84 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında dekabr ayında ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,23% artaraq 81,53 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Belə ki, dekabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,39% azalaraq 4,899 ABŞ dolları təşkil edib.