Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qaz isə bahalaşıb

Dünya bazarlarında neftin ucuzlaşması davam edir, təbii qaz isə bahalaşıb

İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,63% azalaraq 1 barelə görə 55,33 dollar təşkil edib.

NOCOMMENT-in məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında martda ixrac etməklə WTİ markalı neftin 1 barelinin qiyməti 0,57% azalaraq 52,47 dollar təşkil edib.

Nyu Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Belə ki, martda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,12% artıb 2,599 ABŞ dolları təşkil edib.