FHN-in milyonluq tenderinin qalibi məlum oldu

FHN-in milyonluq tenderinin qalibi məlum oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti “Diaqnostika və müalicə üçün istifadə olunan xüsusi malların” satınalınması üzrə müsabiqənin qalibini elan edib.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, 922 min 274 manat məbləğində olan tenderin qalibi “Azəri Med” QSC olub.

Satınalmanın şərtləri üçün FHN Tibb Xidməti üçün “Cobas c311” və “Cobas e411” tam avtomat analizatorları üçün reagentlər, kontrollar, kalibratorlar və digər lazımi avadanlıqlar alınacaq. Həmçinin mikroskop üsulu üçün “Romanovskiy Qimza” örtük şüşələri də təchizat siyahısına daxildir.

Hazırda “Azəri Med” QSC-nin nizamnamə kapitalı 8 milyon 255 min 510 manat, qanuni təmsilçisi isə Famil Vəli oğlu Rəhimlidir. Hüquqi ünvanı Nərimanov rayonu, Asif Məmmədov, ev 30F-dir.

Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə təsis edilib. Şirkət tibbi avadanlıqların satışını həyata keçirir.