Sumqayıtda evlərdən birində kişi meyiti aşkarlanıb.
Hadisə şəhərin Qurd bağlar sahəsində qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü Namiq Tofiq oğlu Abbasovun meyiti yaşadığı ünvanda tapılıb. İlkin məlumata əsasən, meyitin üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.
Faktla bağlı araşdırma Sumqayıt şəhər prokurorluğu tərəfindən aparılır.










