İmişli Şəkər Zavodunun rəhbəri dəyişdi

İmişli Şəkər Zavodunun rəhbəri dəyişdi

“Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin direktoru Mustafa Cem Bilge vəzifəsindən azad edilib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Ceyhun Salmanova həvalə olunub.

Xatırladaq ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 95 milyon manatdır. Şirkət İmişli Şəkər Zavodunun idarə edilməsi ilə məşğuldur.