Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE

Yüksək vəzifə verilən Seymur Nəcəfov kimdir? - DOSYE

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yeni kadr təyinatı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Seymur Nəcəfov universitetin Maliyyə və Təminat Departamentinin direktoru - baş mühasib təyin olunub.

Digər əmrlə, ADNSU-nun maliyyə və təsərrüfat məsələləri üzrə prorektoru vəzifəsinin müvəqqəti icrası da ona tapşırılıb.

Qeyd edək ki, Seymur Əsgər oğlu Nəcəfov 24 avqust 1987-ci ildə Bakı şəhərində doğulub. 2005-ci ildə Bakı Atatürk Liseyindən məzun olub.

Azərbaycan Dövlət Neft Akademiyasının beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə 2009-cu ildə bakalavriat səviyyəsini, 2012-ci ildə magistratura səviyyəsini bitirib. 2014-2018-ci illərdə mühasibat uçotu ixtisası üzrə UNEC-in Mühasibat uçotu və audit kafedrasının dissertantı olub.

2010-2012-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazasında xəzinədar, mühasib vəzifələrində çalışıb. 2012-2013-cü illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində mühasib, Mərkəzi Laboratoriyanın Mühasibat uçotu və hesabatı şöbəsinin rəisi-baş mühasib vəfizələrində işləyib. 2013-2014-cü illərdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İdarəetmə aparatının Mühasibat uçotu və hesabatı şöbəsinin rəis müavi olub.

2014-2015-ci illərdə UNEC-in Maliyyə və təminat departamentinin Təhsil haqlarının uçotu və bank əməliyyatları şöbəsinin müdiri, 2015-2021-ci illərdə departamentin direktor müavini-baş mühasibin müavini vəzifələrində işləyib.

Son təyinata qədər UNEC-in Maliyyə və təminat departamentinin direktoru-baş mühasib vəzifəsini tutub.