Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Çin Seysmik Şəbəkə Mərkəzinə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 6 kilometr dərinlikdə yerləşib.

Hazırda hadisə nəticəsində ölən, xəsarət alan və ya dağıntıların olduğu barədə rəsmi məlumat verilməyib.