Neft bahalaşdı, qaz isə uzuclaşdı

Neft bahalaşdı, qaz isə uzuclaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin noyabr müqaviləsinin dəyəri 0,61% artaraq 1 barelə görə 46,09 dollar təşkil edib.

NOCOMMENT.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,37% artaraq 43,13 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb. Məlumata görə oktyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,83% azalaraq 2,64 ABŞ dolları təşkil edib.