İranda havanın çirklənməsinə görə dövlət qurumlarının fəaliyyəti dayandırıldıbackend

İranda havanın çirklənməsinə görə dövlət qurumlarının fəaliyyəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, Tesnim Xəbər Agentliyinin məlumatına görə, Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şefik mövzu ilə bağlı məlumat verib.

“300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı” deyə Şefik qeyd edib.

Məşhəd şəhərində havanın çirklənməsinin artması ilə əlaqədar dövlət qurumları və məktəblər bağlanıb.

Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə Meneceri Mehdi Divinepur toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyinin 236 mikroqram/kubmetr səviyyəsində olduğunu bildirib.

İran rəsmisi xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.

NOCOMMENT.AZ