İranda Xomeyninin evi yandırıldı – VİDEObackend

İranda Xomeyninin evi yandırıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etirazçılar İran İslam Respublikasının birinci Ali rəhbəri və qurucusu Ruhullah Xomeyninin evini yandırıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Arab News” portalı yayıb.

Məlumata görə, sözügedən ev hazırda muzey olaraq fəaliyyət göstərib.

Bildirilir ki, aksiya iştirakçıları bina yanarkən İran rejimi əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, cari ilin sentyabrın ortalarından başlayaraq İranda etiraz aksiyaları keçirilir. Belə ki, 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir müddət sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Etirazçılar ölkədə hakimiyyətin dəyişməsini tələb ediblər. Son günlər isə ölkədə etiraz aksiyaları daha da şiddətlənib. Aksiyalar zamanı ümumilikdə 342 nəfər həlak olub, 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılanlardan 5 nəfər barəsində ölüm hökmü qərarı çıxarılıb.