İranlı səfir koronavirusdan öldübackend

İranlı səfir koronavirusdan öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Yəməndəki səfiri Həsən İrlou COVID-19-dan ölüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ötən həftə iranlı diplomatın COVID-19 testi müsbət çıxıb. “İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib”, – deyə İran XİN bildirib.
Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb.