İslandiyada vulkan püskürübbackend

İslandiyada vulkan püskürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İslandiyanın Reykjanes yarımadasında vulkan püskürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İslandiyanın RUV telekanalı martın 16-da ölkənin meteorologiya mərkəzinin məlumatlarına istinadən məlumat yayıb.

Püskürmə meteoroloji xidmətin yerli vaxtla saat 20:22-də (Moskva vaxtı ilə 23:22) vulkan ərazisində seysmik aktivliyin artdığını elan etdikdən bir dəqiqə sonra baş verib. Polis nümayəndəsinin telekanala verdiyi məlumata görə, püskürmə zamanı “Mavi Laqun” geotermal kurortunda təxminən 700 nəfər, Qrindavik şəhərində isə “çox az adam” olub.

Bundan əvvəl Reykjanes yarımadasında zəlzələdən sonra vulkan püskürməsinin baş verdiyi bildirilirdi.