İsrail İranın hava hücumundan müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endiribbackend

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə genişmiqyaslı zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın strateji hava hücumundan müdafiə sistemlərini hədəf alan “genişmiqyaslı hava hücumları dalğasının” başa çatdığını bəyan edib. Rəsmi açıqlamada bildirilir ki, əməliyyat çərçivəsində bir sıra mühüm hərbi obyektlər vurulub.

NOCOMMENT.az xəbər verir ki, hədəflərdən biri Kermanşah bölgəsində yerləşdirilmiş qabaqcıl SA-65 hava hücumundan müdafiə sistemi olub. İMQ əməliyyatın İranın hava müdafiə imkanlarını zəiflətməyə yönəldiyini qeyd edib.

Zərbələrin nəticələri və obyektlərə dəyən ziyanın miqyası ilə bağlı İran tərəfi hələlik geniş açıqlama verməyib. Regionda davam edən hərbi qarşıdurma fonunda tərəflər arasında qarşılıqlı hava əməliyyatları gərginliyin daha da artdığını göstərir.