İsrail Qəzzanın demoqrafik strukturunu dəyişməyi hədəfləyirbackend

İsrail Qəzzanın demoqrafik strukturunu dəyişməyi hədəfləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi məruzəçisi Paula Gaviria Betancur İsrailin Qəzzanın işğal olunmuş ərazilərində “evakuasiya əmrləri, mülki şəxslərə və mülki infrastrukturlara sistematik hücumlar” ilə Qəzzanın demoqrafik strukturunu “qalıcı olaraq dəyişməyi” hədəflədiyi barədə xəbərdarlıq edib.

BMT-nin məcburi köçkünlər üzrə xüsusi məruzəçisi Betankur İsrailin Qəzzaya hücumları nəticəsində didərgin düşmüş şəxslərlə bağlı açıqlama verib.

Bəyanatda Betankur qeyd edib ki, İsrail Qəzzanın şimal hissəsinin boşaldılması əmri ilə əlaqədar bölgədəki mülki əhalinin təhlükəsizliyi ilə bağlı “verdiyi vəddən dönmüşdür”.

Betankur, İsrailin Qəzzanın işğal olunmuş ərazilərində “evakuasiya əmrləri, mülki şəxslərə və mülki infrastrukturlara sistemli hücumlar” etdiyini bildirib.