İsrail Trampın keçmiş müşavirini işə götürdübackend

İsrail Trampın keçmiş müşavirini işə götürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hakimiyyəti ölkənin beynəlxalq rəqəmsal imicini yenidən formalaşdırmaq məqsədilə Donald Trampın keçmiş rəqəmsal strategiya rəhbəri Bred Parskeyli cəlb edib. “Axios” nəşrinin yaydığı məlumata görə, bu layihə üçün bir neçə milyon dollar dəyərində nəhəng büdcə ayrılıb.

NOCOMMENT.az xəbər verir ki, kampaniyanın əsas hədəfi süni intellekt sistemlərinin (“ChatGPT”, “Claude”, “Gemini” və s.) İsrail haqqında təqdim etdiyi məlumatların məzmununu və tonunu dəyişdirməkdir. Mütəxəssislər qeyd edirlər ki, müasir dövrdə süni intellekt alətləri dünya ictimaiyyətinin rəyinin formalaşmasında mühüm rol oynayır və İsrail bu platformalarda özünə qarşı olan neqativ tendensiyaları aradan qaldırmağa çalışır.

Bred Parskeyl rəqəmsal manipulyasiya və hədəf kütləsi ilə iş sahəsində ən təcrübəli mütəxəssislərdən biri hesab olunur. Layihə çərçivəsində süni intellekt alqoritmlərinin İsrail-Fələstin münaqişəsi və ölkənin daxili siyasəti barədə daha “neytral” və ya “müsbət” məlumatlar verməsini təmin edəcək metodların tətbiqi planlaşdırılır. Bu addım rəqəmsal diplomatiyada yeni bir mərhələ kimi qiymətləndirilir.

Sara,
NOCOMMENT.az