İsraildən ŞOK əməliyyat: Onları da MƏHV ETDİ – VİDEObackend

İsraildən ŞOK əməliyyat: Onları da MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza zolağının mərkəzi hissəsində həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində HƏMAS qruplaşmasının bir qrup silahlısını və yüksək rütbəli komandirlərini məhv etdiyini açıqlayıb. İsrail tərəfinin məlumatına görə, əməliyyat kəşfiyyat məlumatları əsasında reallaşdırılıb və İsrail hərbçilərinə qarşı planlaşdırılan hücumların qarşısını almaq məqsədi daşıyıb.

NOCOMMENT.az xəbər verir ki, ordunun rəsmi bəyanatında zərbə nəticəsində qruplaşmanın bir neçə mühüm üzvünün, o cümlədən 7 oktyabr hadisələrində birbaşa iştirak etdiyi iddia olunan özək komandiri Hazem Rami Əli Aydinin ləğv edildiyi bildirilir.

Bundan başqa, məhv edilənlər arasında HƏMAS-ın taqım komandiri İbrahim Mansur və hərbi kəşfiyyat zabiti Maher Tantavi də var. İsrail hərbi rəhbərliyi bu əməliyyatın qruplaşmanın əməliyyat imkanlarına ciddi zərbə vurduğunu və bölgədəki hərbi təhdidlərin aradan qaldırılması istiqamətində mühüm addım olduğunu vurğulayıb. Hazırda Qəzzanın mərkəzi hissəsində əməliyyatların davam etdiyi bildirilir.

Sara,
NOCOMMENT.az