İsrailə hücumda İranın əli var?backend

İsrailə hücumda İranın əli var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam Respublikası İsrailə hücumda iştirak etmir, Fələstin rəhbərliyi qərarları müstəqil qəbul edir. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi “Amwaj.media” portalına məlumat verib .

“Fələstin müqavimətinin qəbul etdiyi qərarlar müstəqildir və hər zaman Fələstin xalqının qanuni maraqlarına uyğundur. Biz Fələstini qətiyyətlə dəstəkləyirik, lakin onun cavab hərəkətlərində iştirak etmirik, çünki onlar yalnız Fələstinin özü tərəfindən qəbul edilir”, – deyə bildirilib.

həmçinin iddia edir ki, İranın İsrailə hücumda iştirakı ilə bağlı xəbərlər İsrail hökumətinin “uğursuzluğu bəhanə etmək və bunu İranın kəşfiyyat gücü və əməliyyat planlaması ilə əlaqələndirmək” cəhdləri kimi şərh edilə bilər.