Kişi parkda arvadını qətlə yetirdibackend

Kişi parkda arvadını qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdə rayonunda kişi parkda arvadını öldürüb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun mərkəzində yerləşən parklardan birində baş verib.

Rayonun Muğanlı kənd sakini Tural Mustafayev həyat yoldaşı, 24 yaşlı Təranə Mustafayevanı ürəyindən və boynundan bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Əldə olunan məlumata görə, qətlə yetirilən qadının iki azyaşlı övladı olub. Cinayət hadisəsi də parkda uşaqların gözü qarşısında baş verib. Həmin zaman qızın qardaşı da orada olub. T.Mustafayev qaynına deyib ki, həyat yoldaşı ilə söhbət etmək istəyir və onlara bir neçə dəqiqə təklikdə danışmaq üçün vaxt verməsini istəyib. Cütlük kənara çəkildikdən sonra T.Mustafayev üzərində gəzdirdiyi bıçaqla arvadını qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.