Koçaryan hakimiyyətə gəlsə, bunlar olacaq – Şərhbackend

Koçaryan hakimiyyətə gəlsə, bunlar olacaq – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan xalqı Koçaryanla Sarkisyanı sevmir. Həmçinin Sarkisyan 2010-cu il seçkilərindən sonra etiraz edən əhaliyə qarşı atəş açmış, buna görə də Paşinyanın hakimiyyəti dövründə həbs olunmuş bir adamdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, son zamanlar Koçaryanın ölkə daxilində reytinqinin qalxması barədə yayılan xəbərlər yalandır: “Koçaryan seçkilərdə müstəqil şəkildə iştirak etməyinə baxmayaraq, ölkə daxilində reytinqi artmayıb. Yerli dairələrdən kimlərsə heç bir dəyəri olmayan sorğular keçirərək Koçaryanın guya xalq qarşısında nüfuzunun artması barədə əsassız xəbərlər yayıb. Bu da o deməkdir ki, Rusiya artıq Paşinyana qarşı addımlar atır. Çünki Paşinyanı Avropa dəstəkləyir və bu vəziyyət Rusiyanın ciddi narazılığına səbəb olub”.

Qabil Hüseynlinin fikrincə, Paşinyanın Fransa səfərində Rusiyanı tənqid etməsi onları daha da hiddətləndirib: “Rusiya seçkilərdə Koçaryana dəstək verərək ölkə daxilində bütün gücünü Paşinyana qarşı yönəldib. Seçkilər çox gərgin keçəcək və ciddi qarşıdurmalar yaşanacaq. Hakimiyyət indiki vəziyyətin vətəndaş qarşıdurmasına gətirə biləcəyindən ehtiyat edir. Ermənistanda vəziyyəti gərginləşdirən şəxslər Qarabağ klanının və “Daşnaksütyun” partiyasının üzvləridir. Qarabağ klanı Koçaryanın timsalında hakimiyyətə qayıtmaq istəyir. “Daşnaksütyun” partiyasında isə hər zaman milliyyətçilik fikirlərini yaymaqla bu iki xalq arasında olan münasibətləri pozan şəxslər təmsil olunur”.

Politoloq əlavə edib ki, seçkilərdə Ermənistan xalqı üçün yararlı şəxslər çox azdır: “Bu vəziyyətdə Ermənistan xalqına müsbət nəsə verə biləcək siyasi xadimlər kifayət qədər deyil. Ancaq Paşinyanın seçilməsi az-çox Ermənistanda müəyyən sabitliyin yaranması və sülh müqaviləsinin imzalanmasına gətirib çıxara bilər. Koçaryan hakimiyyətə gələrsə, regionda vəziyyət daha da gərginləşəcək”.