Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində yerləşən ticarət obyetlərindən birində qanunsuz fəaliyyət göstərən 5 dərzi sexi aşkar olunub.
Polislət tərəfindən həmin sexlrə baxış keçirilən zaman ümumilikdə 56 nəfərin xüsusi karantin qaydalarını pozaraq heç bir sanitar-gigiyenik normalara cavab vermədən sexlərdə işlədiyi məlum olub.
Qanun pozuntusuna yol verəm şəxslər və sahibkarlar polislər tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.












