Daha bir AXCP üzvü həbs olunub

Daha bir AXCP üzvü həbs olunub

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Sərvan Cumayev inzibati qaydada həbs olunub.

NOCOMMENT xəbər verir ki, bu barədə “Turan”a partiyadan söyləyiblət. Məlumata görə, Cumayev iyulun 28-də İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 30 sutka müddətinə həbs olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb