Dostunu yaşadığı evdə bıçaqlayaraq öldürən şəxs həbs edildi

Dostunu yaşadığı evdə bıçaqlayaraq öldürən şəxs həbs edildi

İyulun 30-da saat 15 radələrində 1999-ci il təvəllüdlü Əli Rəcəbzadənin bıçaq xəsarəti alması barədə məlumat daxil olmuşdur.

Baş Prokurorluqdan NOCOMMENT.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Araşdırmalarla 1988-ci il təvəllüdlü Hikmət Fərəcovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Əli Rəcəbzadəyə Səbail rayonu ərazisində yaşadığı evdə bıçaq zərbəsi vurub onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Hikmət Fərəcov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.