Rusiyada polisin güllələdiyi azərbaycanlı ölməyib, sağdır – AÇIQLAMA

Rusiyada polisin güllələdiyi azərbaycanlı ölməyib, sağdır – AÇIQLAMA

Novosibirskin Moşkov qəsəbəsində polis əməkdaşının əslən Azərbaycandan olan Gürcüstanın Dmanisi rayonunun vətəndaşı 19 yaşlı Vəkil Abdullayevi güllələməsindən sonra gərginlik artmaqdadır.

NOCOMMENT.az xəbər verir ki, Novosibirsk Səhiyyə Nazirliyi gəncin sağ olması ilə bağlı açıqlama yayıb. Məlumatda həmçinin bildirilir ki, 19 yaşlı azərbaycanlı Mərkəzi Rayon Xəstəxanasındadır və vəziyyəti çox ağırdır.

Bir daha xatırladaq ki Toyota-nın sükanı arxasında qanun təmsilçilərinə tabe olmayan 3 nəfərin saxlanılması 38 yaşlı Aleksandrın 19 yaşlı Vəkili yaralaması ilə nəticələnib. Başında ağır zədə alan gənc xəstəxanada əməliyyat olunub və hazırda vəziyyəti ağır qiymətləndirilir.

vəkil