“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.
“Zaminbank” ASC-nin sabiq sədri Nadir İsmayılov 24 milyon manatdan çox pul mənimsədiyi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, onun bu məbləği yaxın qohumlarının adına götürdüyü məlum olub.
Bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.
NOCOMMENT Unikal.org-a istinadən xəbər verir ki, sabiq sədr sözügedən məbləği qardaşları Məzahir və Mahir İsmayılovlar, bacısı Afət İsmayılova, qardaşı uşaqları Asəf, Tural və Nicat İsmayılovlar, bacısının həyat yoldaşı Bünyatəli, bacısının filial müdiri işləyən həyat yoldaşı Natiq, qardaşının qudası Mehdinin adına götürüblər. Bildirilir ki, adları qeyd edilən Nadir İsmayılovun yaxın qohumları “Zaminbank” ASC-də müxtəlif vəzifələrdə çalışırdılar.
“Zaminbank” ASC 4 il bundan öncə müflis elan edilmişdi.











