Lavrov Cənubi Afrikaya səfər edibbackend

Lavrov Cənubi Afrikaya səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı BRİKS sammitində iştirak edəcəyi Yohannesburqa gəlib.

NOCOMMENT.az xəbər verir ki, rusiyalı nazir Cənubi Afrikada rəqslərlə qarşılanıb.

Xatırladaq ki, BRIKS sammiti 22-24 avqust tarixlərində Cənubi Afrikada keçirilir. Görüşlərdə Rusiyanı Lavrov təmsil edir, Rusiya prezidenti Vladimir Putin isə videoformatda sammitdə iştirak edəcək.

Liderlərin gündəmində əsas mövzular təşkilatın genişləndirilməsi və milli valyutalara keçid olacaq.

Cənubi Afrika Xarici İşlər Nazirliyi daha əvvəl bildirmişdi ki, 23 ölkə BRİKS-ə qoşulmaq üçün rəsmi müraciət edib və bir sıra dövlətlər qeyri-rəsmi səviyyədə maraqlı olduqlarını bildiriblər.