Lavrov Türkiyənin güclənməsi və Böyük Turan ideyası barədə danışdıbackend

Lavrov Türkiyənin güclənməsi və Böyük Turan ideyası barədə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “RBK” teıeviziyasına müahibəsində “Böyük Turan” ideyası barədə danışıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, jurnalist Azərbaycan və daha bir neçə ölkənin “Böyük Turan”ın qurulmasının tərəfdarı olduğunu və belə olduğu təqdirdə Türkiyənin güclənməsindən Rusiyanın qorxub-qorxmadığı barədə sual ünvanlayıb.

Lavrov isə belə bir halın baş verəcəyini düşünmədiyini bildirib: “Böyük Turan”dan tarixi mənada fövqəlmilli bir varlıq kimi danışsaq, Türkiyənin belə bir hədəfinin olduğunu düşünmürəm. SSRİ-nin tərkibinə girən və müstəqil olan ölkələrin bu fikri necə dəstəkləyəcəyini bilmirəm”.