Lənkəranda avtomobil hasara çırpıldı, xəsarət alan varbackend

Lənkəranda avtomobil hasara çırpıldı, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.azın məlumatına görə, qəza rayonun Şıxakəran kəndi ərazisində qeydə alınıb. Belə ki, Siyavar kənd sakini, 1963-cü il təvəllüdlü Vaqif Heydərov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yaşayış evlərindən birinin hasarına və qaz borusuna çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.