Gecə baş verən dəhşətli qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI – YENİLƏNİBbackend

Gecə baş verən dəhşətli qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

NOCOMMENT.az -ın verdiyi xəbərə görə, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, rayonun Şağlaküçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə üçü qadın, üçü kişi olmaqla xəsarət alan altı nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması, qapalı kəllə-beyin travması, said sümüklərinin sınığı diaqnozları təyin olunub.

Xəsarət alan qadınlardan biri vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəsarət alanların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Vəziyyətləri stabil qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

***

Lənkəranda avtomobil suötürücü kanala aşıb.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Qurumba kəndi ərazisində qeydə alınıb.

Lənkəran şəhəri istiqamətində hərəkətdə olan “Audi Q-7” markalı minik avtomobili idarəetməni itirərək yol kənarında qaz borusuna çırpılıb və avtomobil suötürücü kanala aşıb.

Qəza nəticəsində avtomobildə olan 6 nəfər yaxın qohumlar –

1953-cü il təvəllüdlü Yelena İvan qızı Qurbanova,

2019-cu il təvəllüdlü R.Qurbanov,

1981-ci il təvəllüdlü Ruslan Fərman oğlu Qurbanov,

2014-cü il təvəllüdlü F.Qurbanov,

1988-ci il təvəllüdlü Günel Cahangir qızı Qurbanova,

1973-cü il təvəllüdlü Maya Əbdüləzim qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Xəsarət alanlara ilkin tibbi xidmətlər göstərildikdən sonra, müalicələrin davamı üçün müvafiq şöbələrə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.