Canlı yayımda Aydın Sani və Zaur Nəbioğlu arasında qalmaqal yaranıb.
NOCOMMENT.az xəbər verir ki, ifaçı aparıcıya qonaqları dinləmədiyinə dair irad bildirib:
“Sən bəzən fikrini diktə edir, qonaqların sözünü kəsirsən. Belə şey etmə. Bu, yaxşı hal deyil. Sualı verib, qarşıdakının fikirlərini dinləmirsən. Hərəkətin cəmiyyətdə qıcıq yaradır. Bilmədiyin şeylərdə də özünü bilirmiş kimi göstərirsən. İradları da qəbul etmirsən. Özünü peşəkar aparıcı sayırsan”.“Yeni Sabah”












