Emin Ağalarovun Bakıda 10-dan çox restoranı VAR

Emin Ağalarovun Bakıda 10-dan çox restoranı VAR

Xalq artisti Emin Ağalarov Moskvada bir restoran açmaq üçün xərclədiyi pulun məbləğini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, sənətçi bu barədə “Kompaniya” dərgisinə müsahibəsində deyib.

“Layihənin başlanmasına orta hesabla 100-300 milyon rubl (təxminən 3-8 milyon manat) pul ayırıram. Ümumiyyətlə, mən layihələrin sıfırdan açılmasının tərəfdarıyam. Sən konsepsiyanı düşünürsən, ruhunu, gücünu qoyursan. Bu isə çox maraqlı prosesdir”, – deyə Ağalarov bildirib.

Emin müsahibəsində hazırda Bakıda 10-dan çox restoranının fəaliyyət göstərdiyi bundan başqa Dubayda da restoran biznesinə başlamaq istədiyini vurğulayıb./Bizim.Media