Türkiyəli aktrisa Damla Sönmez və sevgilisi İlkay Akıncı ailə həyatı qurublar.
NOCOMMENT.az xəbər verir ki, təxminən iki ildir münasibətdə olan cütlük ailə üzvləri və yaxın dostlarının iştirakı ilə keçirilən sadə mərasimdə nikaha daxil olub.
Bir müddət əvvəl cütlüyün evlənəcəyi ilə bağlı yayılan xəbərlər bu gün öz təsdiqini tapıb. Damla Sönmez və İlkay Akıncı nikah masasına əyləşərək münasibətlərini rəsmiləşdiriblər.
Toy mərasimindən yayılan ilk fotolar qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub. Cütlüyün səmimi görüntüləri izləyicilər tərəfindən çoxsaylı təbrik mesajları ilə qarşılanıb.
Qeyd edək ki, Damla Sönmez "Emret Komutanım", "Mahpeyker: Kösem Sultan" və Ayla filmlərindəki uğurlu rolları ilə tanınır. Aktrisa 3 may 1987-ci ildə İstanbulda anadan olub. O, ana tərəfdən abxaz, ata tərəfdən isə çərkəz əsillidir. Demokrat.az












