Xəbər verdiyimiz kimi, aparıcılar Elgiz Əkbərin həftəiçi hər gün ARB-də yayımlanan “Elgizlə izlə”, Tarix Əliyevin (Tolik) isə “Space” TV-də ekrana gələn “Tarixin bir günü” proqramının bağlandığı bildirilib.
Qərarın son günlər sosial şəbəkələrdə aparılan müzakirələr və qalmaqallardan sonra verildiyi iddia edilib.
NOCOMMENT.az xəbər verir ki, Tolik zənglərə cavab verərək verilişin bağlanması iddiasına münasibət bildirməsə də, 25 fevral tarixində yayımlanacaq proqramın anonsunu paylaşıb. O, bununla da verilişinin bağlanmadığını, yayımın davam etdiyini bildirib.
Videonu təqdim edirik:
Sara
NOCOMMENT.az












