Dünyanın ən çətin 5 dili

Dünyanın ən çətin 5 dili

Dil öyrənmək yeni bir dili mənimsəməklə yanaşı, həm də fərqli bir mədəniyyəti, düşüncə tərzini anlamaq deməkdir. Lakin bəzi dillər quruluşuna, yazı sisteminə və tələffüzünə görə digərlərindən daha çətin olur.

NOCOMMENT.az öyrənilməsi ən çətin sayılan 5 dili təqdim edir:

1. Ərəb dili

Ərəb dili bir çox insanlar tərəfindən öyrənilməsi çətin dillərdən biri hesab olunur. Dünyada təxminən 420 milyon insan bu dildə danışır və dil VII əsrdə formalaşıb. Ərəb dili müasir standart formadan və çoxsaylı dialektlərdən ibarətdir. Bu fərqlər gündəlik ünsiyyəti və öyrənmə prosesini daha da mürəkkəbləşdirir. Əlifba 28 hərfdən ibarət olsa da, əsas çətinlik tələffüz və səs sistemindədir. Bir çox səslər digər dillərdə yoxdur və bu da dili xaricilər üçün daha mürəkkəb edir.

2. Çin dili

Çin dili dünyada ən çox ana dili danışanı olan dillərdən biridir və qlobal biznesdə böyük əhəmiyyət daşıyır. Lakin bir çox insanlar üçün öyrənilməsi çətindir, hətta Çində uzun müddət yaşayanlar belə bəzən dili tam mənimsəyə bilmir. Əsas çətinliklər minlərlə heroqlifin öyrənilməsi, ton sistemi və fərqli yazı formalarıdır. Eyni sözün fərqli tonda deyilməsi onun mənasını tam dəyişə bilər.

3. Rus dili

Rus dili slavyan dillərinə aiddir və bu qrupdakı digər dillər də xaricilər üçün çətin hesab olunur. Dünyada təxminən 175 milyon insan bu dildə danışır. Bu dil kiril əlifbasından istifadə edir və buna görə öyrənmə prosesi çətinləşir. Həmçinin fellərin mürəkkəb formaları və bəzi səslərin tələffüzü də əlavə çətinlik yaradır.

4. Koreya dili

Koreya dili son illərdə daha çox öyrənilən dillərdən birinə çevrilib. Bunun səbəbi həm Cənubi Koreyanın iqtisadi inkişafı, həm də dilin beynəlxalq əlaqələr və biznesdə daha vacib rol oynamasıdır. Koreya dilində yazmağı öyrənmək Çin və Yapon dili ilə müqayisədə daha asan hesab edilir. Dünyada təxminən 80 milyon insan koreya dilində danışır. Müasir yazı sistemi olan Hanqıl XV əsrdə yaradılıb və digər Asiya yazı sistemləri ilə müqayisədə daha sadə hesab olunur. Lakin dilin əsas çətinliyi tələffüz və qrammatik quruluşdadır.

5. Yapon dili

Yapon dili öyrənilməsi çətin, eyni zamanda çox populyar dillərdən biridir. Dünyada təxminən 120 milyondan çox insan yapon dilində danışır. Yapon dili uzun müddət Çin dilinin təsiri altında olub və sonra özünəməxsus inkişaf yolu keçib. Yapon dilinin əsas çətinliyi Hiraqana, Katakana və Kanji yazı sistemlərindən istifadə etməsidir. Xüsusilə Kanji minlərlə simvolu əhatə edir və onu öyrənmək çox vaxt tələb edir. Bundan əlavə, yazılı dili tam anlamaq üçün böyük söz ehtiyatı və simvol bilikləri lazımdır.

Araşdırmaya görə, bu dillərin hər birində əsas səviyyədə sərbəst ünsiyyət qurmaq üçün orta hesabla 88 həftə və ya 2200 saatlıq tədris tələb olunur./Metbuat.az/