Ukraynalı keçmiş KVN-çi vəfat etdi

Ukraynalı keçmiş KVN-çi vəfat etdi

Ukraynalı teleaparıcı, müğənni, keçmiş KVN iştirakçısı Sergey Sivoxo vəfat edib.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı bu gün Almaniyada xroniki ağciyər xəstəliyindən 54 yaşında dünyasını dəyişib. Bildirilib ki, bir müddət əvvəl Sergeyin vəziyyəti xəstəliyi səbəbindən pisləşib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra o, mediadakı fəaliyyətini dayandırmışdı.

Qeyd edək ki, Sergey “Dream Team” komandasındakı oyunu sayəsində məşhurlaşıb. “KVN”dən sonra filmlərdə rol almağa başlayıb. 2000-ci illərdə “1+1”də “Gizli kameralar” adlı əyləncə proqramının aparıcısı olub. 2011-2013-cü illərdə “Ukraynada böyük fərq” proqramının yaradıcı prodüseri kimi çalışıb.

2019-cu ildə “Xalqın qulluqçusu” partiyasından Ali Rada deputatlığına namizəd, 2019-2020-ci illərdə isə Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə müşaviri olub.