Meksika-ABŞ sərhədi yaxınlığında yanğın: 39 nəfər ölübbackend

Meksika-ABŞ sərhədi yaxınlığında yanğın: 39 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika prezidenti Andres Manuel Lopez Obrador mətbuat konfransında Texas əyaləti sərhədinə yaxın Syudad Xuarez sərhəd şəhərində Meksikanın Milli Miqrasiya İnstitutunda yanğın baş verdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, baş verən yanğında 39 nəfərin öldüyü, 29 nəfərin yaralandığı bildirilib.

Açıqlamada 4 xəstəxanada müalicə alan yaralıların vəziyyətinin “həssas və ağır” olduğu qeyd edilib.

Qeyd edək ki, Meksika COVID-19 epidemiyası zamanı ABŞ-ın təzyiqi nəticəsində immiqrasiyanın qarşısını almaq üçün məhdudiyyətləri artırıb və buna görə də sərhədə yaxın obyektlərdə saxlanılan sığınacaq axtaranların sayı xeyli artıb.

NOCOMMENT.AZ