Mətanət Əliverdiyevanın verilişinin bağlanma səbəbi… – AÇIQLAMAbackend

Mətanət Əliverdiyevanın verilişinin bağlanma səbəbi… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aparıcı Mətanət Əliverdiyevanın “Space” TV-də aparıcılıq etdiyi verilişin dayanma səbəbini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, Mətanət Əliverdiyeva teleqraf-a verilişin dekor dəyişikliyinə görə dayandığını bildirib: “Hazırda Türkiyəyə gəlmişəm. “Qız atası” serialının bəzi kadrlarını çəkirik. “Hər səhər Mətanətlə” verilişinin dekoru dəyişdirilir. Təmir işləri martın 1-dək bitsə, həmin tarixdə başlayacağıq.

Əks halda martın 8-də efirə çıxacağıq. Verilişimizi xanımlara həsr edəcəyik. Heç yerə getməmişəm. Dekor köhnə idi, ona görə bəzi dəyişikliklər etmək üçün veriliş dayandı. Türkiyəyə gəlməsəydim, təmir gedə-gedə proqrama davam edəcəkdim”.

Qeyd edək ki, Mətanət Əliverdiyevanın aparıcısı olduğu “Hər səhər Mətanətlə” verilişi iki gündür yayımlanmır.