Müalicə alan zəlzələ qurbanlarından 5733-ü buraxılıbbackend

Müalicə alan zəlzələ qurbanlarından 5733-ü buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda müalicə alan zəlzələ qurbanlarından 5733-ü evə buraxılıb

NOCOMMENT xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərdən zərər çəkmiş bölgələrdən İstanbula gətirilən və xəstəxanalarda müalicə alan 7135 xəstədən 5733-ü evə buraxılıb.

İstanbul valisi Ail Yerlikaya zəlzələ bölgələrindən şəhərdəki xəstəxanalara köçürülən yaralıların vəziyyətini Twitter hesabında paylaşıb. Yerlikaya paylaşımında, “İstanbul Sağlamlıq Müdirliyimizdən saat 13.00-a olan məlumata görə, zəlzələ bölgələrindən gəlib xəstəxanalarımızda müalicə alan 7135 xəstəmizdən 5733-ü evə buraxıldı. Xəstələrə Allahdan şəfa diləyirik” qeyd edib.