Meksikada ağır qəza — 10 nəfər öldübackend

Meksikada ağır qəza — 10 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın mərkəzində San-Luis Potosi şəhəri yaxınlığında sərnişin avtobusunun TIR tipli yük avtomobililə toqquşması nəticəsində azı 10 nəfər ölüb, 10 nəfər yaralanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Heraldo de Mexico” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, ölənlər arasında dörd azyaşlı da var. Yaralılar xəstəxanalara çatdırılıb, bəzilərinin vəziyyəti ağırdır.

TIR-ın sürücüsünün hadisə yerindən qaçdığı qeyd edilir. Polis hadisənin səbəblərini araşdırır.